EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.07.2020 16:42:21

Gürcüstan Baş naziri Qiorgi Qaxariya bu haqda açıqlama verib

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Qiorgi Qaxariya bəyan edib ki, Gürcüstan və Azərbaycanın strateji partnyorluğunu heç nə təhdid etmir, ölkələr arasında heç bir anlaşılmazlıq yoxdur.

Qaxariya Serbiyanın Gürcüstan vasitəsi ilə Ermənistana silah göndərməsi iddiasına, həmçinin məsələ ilə bağlı yayılmış bir neçə fotonu şərh edərkən deyib ki, bu, “yanlış məlumatdır”.

“Biz öz öhdəliklərimizi beynəlxalq qanunvericiliyə tam uyğun şəkildə həyata keçiririk. Bu, sadəcə KİV-də yayılmış səhv bir məlumatdır. Azərbaycan və Gürcüstan strateji partnyorlardır və əlavə edim ki, qardaşlığımız üçün heç bir təhdid yoxdur”, – deyə o qeyd edib.

Yayılan fotolar barədə isə deyib: “Siz həmin fotoları görmüsünüz? Onlar içərisində heç nə olmayan sadə yük maşınlarıdır, silahlar deyil”.

Xatırladaq ki, daha öncə Gürcüstan XİN rəsmisi də məsələyə münasibət bildirərkən demişdi ki, məqalə müəllifləri iki ölkə arasındakı strateji həmkarlığı şübhə altına almaq istəyirlər.


Gürcüstan Baş naziri Ermənistana silah göndərilməsi iddiasına cavab verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020
     Pərviz Şahbazov  Rza Ərdakanianla videoformatda görüş keçirib
    Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ