EURO 1,9052 TRY 0,2794
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.05.2019 10:30:37

Bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək". Bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O, mayın 14-də Bakıya səfər edəcəyini bildirib: “Mayın 15-də komissiyanın ilk iclası baş tutacaq. Mən azərbaycanlı həmkarımla görüşəcəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.

L.Darsalia qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.

XİN rəsmisi bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur: “Ölkələr arasında müzakirə olunan məsələlər var. Əminəm ki, hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər”.

Qeyd edək ki, Gürcüstan hökumətinin bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib. (Report)

Image result for Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək


Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib...
    Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
     27.05.2019
    Ramil Usubovdan yeni TƏYİNAT
    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ