1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:30.07.2019 14:32:37

"Onlar terrorçuluqda ittiham edilsələr də..."

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Kəşmirin Srinaqar şəhərində olundan müsəlman Lətif Əhməd Vaza bu günlərdə 23 illik yoxluqdan sonra doğma yerlərə geri dönüb.

Belə ki, o, 16 yaşında olarkən Nepalın paytaxtında Hindistan polisi tərəfindən həbs edilib. O, Nepalda öz qohumları ilə birlikdə işləyirdi. Həmin hadisədən etibarən o, həbsxanadan kənarda olmayıb.

Lətif, onun Əli Məhəmməd Bhatta və daha bir saxlanılan Mirzə Nisar Hüseyn Dehlidə törədilmiş terror aktının törədilməsindən ittiham ediliblər. Sözügedən partlayış 1996-cı il 21 May tarixində Lacpat Naqar bazasında törədilmişdi; 13 nəfər həlak olmuş, 39 nəfər isə yaralanmışdı.

Saxlanılanlar günahkar olmadıqlarını desələr də, onlar ömürlük azadlıqdan məhrum ediliblər.

23 illik həbsdən sonra məhkəmə onların günahsız olduğunu təsdiq edib və Lətif, Əli və digərləri ötən həftə azadlığa çıxıblar.

Bundan sonra Əlinin azad edildikdən bir neçə saat sonra öz valideynlərinin qəbrləri üzərində uzanmasının kadrları yayılıb. Əli göz yaşları içərisində valideynlərinin qəbrlərinə atılıb. Ətrafdakıların əbəs cəhdlərinə baxmayaraq, Əlini bir neçə dəqiqə yerdən qaldırmaq mümkün olmayıb.


Günahsız müsəlman 23 illik həbsdən sonra bu hərəkəti ilə ağlatdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ