Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:17.12.2021 11:51:34

Millət vəkili Aqil Abbas Milli Məclisin iclasında bu fikirləri səsləndirib, o mediaya açıqlamasında bildirib ki, öz fikirlərini obrazlı ifadə edib...

Bir müddət öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasındakı münasibətlər bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması Azərbaycanda da diqqətlə qarşılanıb. Mövzu ilə bağlı ən maraqlı fikri isə millət vəkili Aqil Abbas Milli Məclisin iclasında səsləndirib: "Artıq Yerevandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum". Sputnik Azərbaycan-a danışan millət vəkili bildirib ki, öz fikirlərini obrazlı ifadə edib.
Onun sözlərinə görə, əvvəllər də Türkiyə və Ermənistan arasında təyyarə reysləri olsa da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ucbatından rəsmi əlaqələr olmayıb. Millət vəkili qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur və bu münasibətlərin normallaşması daha çox Ermənistan üçün önəmlidir".
"Ermənistan bizimlə mehriban qonşuluq şəraitində yaşamalıdır. Bizim tələbimiz Zəngəzur dəhlizinin açılması və sərhədlərin müəyyənləşdirilməsidir. Bütün bu normallaşma prosesi regionda sülhə gətirib çıxaracaq", - deyə millət vəkili bildirib.

Gözləyirəm Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Binəqədidə yaşayış binasında yanğın olub
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
     15.08.2022
    İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ