EURO 1,9852 NEFT 78,48
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:27.06.2018 22:50:15

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qurumun rəhbərliyində təmsil olunan şəxsləri vəzifədən azad etməsi, onları yeniləri ilə əvəz etməsi, o cümlədən Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovla bağlı mətbuatda dərc edilən iddialar ciddi müzakirə mövzularındandır.

Bəs görəsən baş verənlər uzun illərdir cəmiyyətin ağrılı yeri olan gömrükdə monolopoliyanın aradan qaldırılmasına gətirib çıxaracaqmı?

Azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdən açıqlama alıb. 

Portalımıza açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, yeni təyin olunan məmurlar özünü yeni dövrün tələbələrinə uyğunlaşdırmalıdırlar: "2015-ci ildən başlayan kadr islahatları uzun illərdir cəmiyyəti narahat edən halların aradan qaldırılmasına və yeni idarəetmə sisteminin tətbiq olunmasına xidmət edir. Heç şübhəsiz idxal-ixrac əməliyyatları ölkəmizin fiksal orqanlarının vasitəsilə aparılır. Cənab Prezident son dərəcə çevik, strateji və vacib qərarlar verdi. Bir tərəfdən real kadr dəyişiklikləri aparıldı, o biri tərəfdən öz vəzifəsini qoruyub saxlayan şəxslər məsuliyyət hissini anlamış oldular. Artıq onlar başa düşürlər ki, Cənab Prezidentin başlatdığı islahatlara adekvat reaksiya göstərməli, əsas diqqətini bu siyasətin icrasına yönəltməlidirlər”.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin həyata keçirdiyi kadr islahatlarından danışan millət vəkilinin sözlərinə görə, onun qısa müddətə atdığı addımlar bu qurumda şəffalığın olmasına gətirib çıxaracaq: "Hər halda komitə sədrinin son fəaliyyətinə nəzər salsaq görərik ki, ortada müsbət siyasi iradə var. Əlbəttə, idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, vergi qurumları ilə birgə addımların atılması, regional görüşlər bunu deməyə əsas verir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı qanunvericilikdə də dəyişikliklər olacaq. Hər halda Cənab Prezident bununla bağlı qəti tapşırıqlar verib və çox sevindirici haldır ki, Səfər Mehdiyev və onun rəhbərliyi altında fəaliyyət göstərən qurumlar öz fəaliyyətini buna uyğunlaşdırırlar”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, bu barədə indidən qəti söz demək mümkün deyil: "Açığı mən kadr islahatlarının aparılmasının, idarəetmədə şəffaflığın təmin olunmasının ən qatı tərəfdarlarındanam. Buna ümid edən və inanan insanlardan idim. Bununla bağlı konkret söz demək üçün zaman lazımdır. Kadr dəyişikliklərin baş verməsi hələ o demək deyil ki, islahatlar aparılır. Hazırda mən istər gömrük, istərsə də digər buna bənzər qurumlarda islahatların olduğu qənaətində deyiləm”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qurumun rəhbərliyində təmsil olunan şəxsləri vəzifədən azad etməsi, onları yeniləri ilə əvəz etməsi, o cümlədən Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovla bağlı mətbuatda dərc edilən iddialar ciddi müzakirə mövzularındandır.
 
Bəs görəsən baş verənlər uzun illərdir cəmiyyətin ağrılı yeri olan gömrükdə monolopoliyanın aradan qaldırılmasına gətirib çıxaracaqmı?
 
AZXEBER.COM məsələ ilə bağlı Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdən açıqlama alıb. 
 
Portalımıza açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, yeni təyin olunan məmurlar özünü yeni dövrün tələbələrinə uyğunlaşdırmalıdırlar: "2015-ci ildən başlayan kadr islahatları uzun illərdir cəmiyyəti narahat edən halların aradan qaldırılmasına və yeni idarəetmə sisteminin tətbiq olunmasına xidmət edir. Heç şübhəsiz idxal-ixrac əməliyyatları ölkəmizin fiksal orqanlarının vasitəsilə aparılır. Cənab Prezident son dərəcə çevik, strateji və vacib qərarlar verdi. Bir tərəfdən real kadr dəyişiklikləri aparıldı, o biri tərəfdən öz vəzifəsini qoruyub saxlayan şəxslər məsuliyyət hissini anlamış oldular. Artıq onlar başa düşürlər ki, Cənab Prezidentin başlatdığı islahatlara adekvat reaksiya göstərməli, əsas diqqətini bu siyasətin icrasına yönəltməlidirlər”.
 
Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin həyata keçirdiyi kadr islahatlarından danışan millət vəkilinin sözlərinə görə, onun qısa müddətə atdığı addımlar bu qurumda şəffalığın olmasına gətirib çıxaracaq: "Hər halda komitə sədrinin son fəaliyyətinə nəzər salsaq görərik ki, ortada müsbət siyasi iradə var. Əlbəttə, idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, vergi qurumları ilə birgə addımların atılması, regional görüşlər bunu deməyə əsas verir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı qanunvericilikdə də dəyişikliklər olacaq. Hər halda Cənab Prezident bununla bağlı qəti tapşırıqlar verib və çox sevindirici haldır ki, Səfər Mehdiyev və onun rəhbərliyi altında fəaliyyət göstərən qurumlar öz fəaliyyətini buna uyğunlaşdırırlar”.
 
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, bu barədə indidən qəti söz demək mümkün deyil: "Açığı mən kadr islahatlarının aparılmasının, idarəetmədə şəffaflığın təmin olunmasının ən qatı tərəfdarlarındanam. Buna ümid edən və inanan insanlardan idim. Bununla bağlı konkret söz demək üçün zaman lazımdır. Kadr dəyişikliklərin baş verməsi hələ o demək deyil ki, islahatlar aparılır. Hazırda mən istər gömrük, istərsə də digər buna bənzər qurumlarda islahatların olduğu qənaətində deyiləm”.

Gömrükdə monopoliya aradan qalxacaqmı? - İki fərqli baxış

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ölkə boyu keçirilən Aşura mərasimlərindən gözəl görüntülər
    Hər il olduğu kimi bu ildə Azərbaycanda Aşura mərasimləri böyük izdihamla keçirilib
     20.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ