EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.06.2019 10:09:39

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda 3800 ədəd "Parliament Carat" markalı siqaret, 10 ədəd "Nemiroff 1L" markalı araq aşkar olunub. 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə də gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "İncandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Gömrükçülər qanunsuz yolla keçirilən araq, siqaret və ətir aşkar edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ