EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:11.02.2019 17:20:13

"Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi."

"Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi."

Unikal.org xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Tələbəlik illərini və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.

“Türkiyədə universitetdə oxumaq o zamanlar hər bir azərbaycanlı gəncin arzusu idi. Türkiyədə Sovetlər Birliyinin son illərdə pozulmuş təhsil sisteminin əksinə olaraq tam şəffaf bir təhsil sistemi ilə qarşılaşmışdım.

Tətildə Azərbaycana qayıdanda liseydəki sinif yoldaşlarımla görüşürdüm. O zaman özümün dünyagörüşü və bilgi baxımından dostlarımdan üstün olduğunun fərqinə vardım. Bunu da sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etmişdim. Türkiyədə aldığım təhsil bu gün vəzifəyə gəlməyimdə, karyeramda mənə qapı açıb, həyata baxış nöqtəmi dəyişib”.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib.

Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.


Gömrük Komitəsinin sədri: “Anladım ki, dostlarımdan üstünəm”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ