EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.11.2018 14:22:49

Bu barədə DGK-nın açıqlamasında qeyd olunub.

Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini-vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında qeyd olunub.

“4 məkanda qeydə alınan videolardan 3-ündə sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. İkinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub. 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.

1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. Belə ki, videodakı gömrük əməkdaşı sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir. Görəsən "gəlir, maşın gəlir" sözlərində rüşvətə dair hansı eyham və ya mülki vətəndaşı təhqiredici, alçaldıcı ifadələr var?

24 saatını, ömrünü, gününü Azərbaycan dövlətinin, onun strateji qurumlarının ləkələnməsinə həsr edən, dövlətçiliyimizə qarşı daim düşmən mövqedə dayanan, dövlət, xalq olaraq hər uğurumuzin arxasında bir əmma axtaranları hardasa başa düşmək mümkündür. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar. Lakin ölkənin bəzi aparıcı media qurumları da daxil olmaqla, səhərdən axşama vətənpərvərlikdən, dövlətçilikdən dərs keçən media qurumları, onların rəhbərləri və ya aidiyyəti əməkdaşları hər hansı dəlil olmadan strateji dövlət qurumlarından birininin fəaliyyətinə kölgə düşürən məlumatı qarşı tərəfin rəyini belə öyrənməyə ehtiyac duymadan hansı səbəb və ya məntiqlə yayımladılar? Üstəlik də birbaşa dövlətimizin, onun rəhbərliyinin əlehinə daxildə və xaricdə qarayaxma kampaniyası aparanların loqosuna istinadən. Əslində o qədər də təəccüblənmirik. Gündə bir ağa dəyişdirən, ali hiss və duyğulardan məhrum qalan, şəxsi mənafe üçün hər yola gedən zavallılardan, ən əsası isə gömrük orqanlarının xüsusi geyim formasını tanımadığı halda bu qurum və onun əməkdaşları haqqında "xüsusi yazılar" hazırlayanlardan bundan başqa nə gözləmək olar?

Zavallı bəylər və xanımlar, kadrlarda dediklərindən qəzəbləndiyiniz, qeyrət damarlarınızın qalxdığı, “vətənpərvərlik” hisslərinizin coşduğu, ağına bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil.

Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Şahidi olduğunuz belə faktlar varsa da, xahiş olunur bununla bağlı dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət edəsiniz” - qurumun açıqlamasında bildirilib.


Gömrük Komitəsi: “Zavallılar, söyüb təhqir etdiyiniz şəxs...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ