1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:4.09.2020 15:46:35

Ərəb ölkələrinin İsrail ilə gizli əlaqələrinin olması artıq heç kəsə şübhə yaratmır

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının ardınca Bəhreyn də İsrail təyyarələrinə öz hava məkanından istifadəyə icazə verib.

Beləliklə də, Ben-Quriondan Əbu-Dabiyə hərəkət edən İsrail təyyarələri daha bir hava dəhlizi əldə edib.

Bununla belə, Bəhreyn rəhbərliyinin bəyanatında İsrailin adı birbaşa çəkilmir. Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən və oradan geri qayıdan istənilən təyyarə heç bir məhdudiyyət olmadan Bəhreyn üzərindən uçub keçə bilər.

Bununla bağlı qeyd edilir ki, daha optimal Ben-Qurion və Əbu-Dabi marşrutu Səudiyyə Ərəbistanı və Bəhreyn ərazisindən keçir. Başqa bir variant Qətər də ola bilər. Lakin Qətər hava məkanını da Bəhreyn idarə edir.

İndiyədək Əbu-Dabiyə hərəkət edən İsrailin biznes təyyarələri adətən İordaniyanın paytaxtı Ammanda aralıq duruşu edirdilər.

Xatırladaq ki, daha öncə oxşar bəyanatla Səudiyyə Ərəbistanı da çıxış edib. Ər-Riyad BƏƏ-yə doğru hərəkət edən və oradan qayıdan təyyarələrin hərəkətinə mane olmayacağını bildirib.

Qeyd edək ki, 31 avqustda İsraildən BƏƏ-yə ilk uçuş həyata keçirilib. Uçuş Səudiyyə Ərəbistanı üzərindən baş tutub.


Gizli dostluq üzə çıxır: Bəhreyn hava sahəsini İsrailin ixtiyarına qoydu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ