Xatəmi terrorizm və radikalizmin Qərbi Asiya regionunda təhlükəsizlik və sabitliyi təhdid etdiyini bildirərək bu təhdidlərlə mübarizəni xüsusi qeyd edib.

İranın müdafiə naziri general Əmir Xatəmi terrorizm və radikalizmin Qərbi Asiya regionunda təhlükəsizlik və sabitliyi təhdid etdiyini bildirərək bu təhdidlərlə mübarizəni xüsusi qeyd edib.
İslamazeri.com xəbər verir ki, General Əmir Xatəmi cümə axşamı günü Özbəkistanın müdafiə naziri general Bahadur Qurbanovla 8-ci Moskva təhlükəsizlik konfransının pərdə arxasında həyata keçirdiyi görüşdə terrorizm və radikalizmin ABŞ və müttəfiqlərinin regiona yönəlmiş müdaxilələrinin nəticəsi olan iki təhlükəli fenomen olduğunu bildirib.
Əmir Xatəmi terrorizm və radikalizmin Qərbi Asiya regionunda təhlükəsizlik və sabitliyi təhdid etdiyini bildirərək, İran İslam Respublikası başda Özbəkistan olmaqla region ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Xatəmi görüşdə İran və Özbəkistan arasında dərin tarixi və mədəni əlaqələrə işarə edərək, Tehran və Daşkəndin regional və qlobal arenalarda siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığı inkişaf etdirmələri lazım olduğunu vurğulayıb.
General Xatəmidən Bahadur Qurbanova terrorizm və radikalizm təhdidi xəbərdarlığı