1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:07.09.2020 10:25:50

İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri açıqlama verib

İslamazeri.com “az.shafaqna.com”-a istinadən xəbər verir ki, İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri ölkə sərhədləri boyunca 10 xüsusi bazanın yerləşdirilməsi planları barədə danışıb.

Briqadan generalı Heydəri deyib ki, ölkənin qərb, cənub-qərb, şimal-şərq və şərq sərhədləri boyunca öz vəzifələrini düzgün yerinə yetirə bilmələri üçün Quru Qoşunlarına xüsusi taktiki xarakteristikası olan hərbi bazalar lazımdır.

“Planlara əsasən, bütün sərhəddə çox yaxşı sistem tətbiq edilib, ilkin mərhələdə 10 xüsusi bazanın inşanı planlaşdırılır”, - deyə o əlavə edib.

Komandan qeyd edib ki, ilk xüsusi hərbi baza bir neçə gün öncə açılıb, 9 bazası isə tədricən istifadəyə veriləcək.

Həmçinin o, Quru Qoşunlarının hazırlıq səviyyəsinin artırılması üçün birgə və xüsusi hərbi manevrlərin daimi keçirilməsi planının olduğuna da işarə edərək bildirib ki, təlimlər xüsusi taktika və silahlardan ibarətdir.


General İran sərhədlərində 10 xüsusi hərbi baza qurulacağından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ