EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.03.2019 13:44:49

Novruz Bayramı münasibətilə Gəncədə kənd təsərrüfatı və ərzaq məhsulları satış yarmarkası keçirilib.

Novruz Bayramı münasibətilə Gəncədə kənd təsərrüfatı və ərzaq məhsulları satış yarmarkası keçirilib.

Yarmarkada Gəncə və ətraf bölgədə fəaliyyət göstərən müəssisə və şirkətlər, həmçinin fermerlər alıcılara bazar qiymətindən aşağı ərzaq məhsulları təqdim ediblər.

Gəncənin mərkəzi hissəsinə yaxın olan küçələrdən birində təşkil edilən yarmarkanın məqsədi sadə vətəndaşların öz ailə büdcələrinə uyğun bayramqabağı bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Ümumən, 16 pavilyonda yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərlə müqayisədə orta hesabla 20 faiz ucuz olub. Yarmarkada yumurtanın bir ədədi 10 qəpik, mal ətinin kiloqramı 7-7,5, qoyun əti isə 8-8,5 manat, kartofun kiloqramı 50-60 qəpiyə satılıb.

Yarmarka Novruz bayramınadək hər həftənin son iki günündə davam edəcək. (oxu.az)


Gəncədəki Novruz yarmarkasından reportaj - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ