EURO 1,9267 NEFT 67,78
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.07.2018 14:06:30

Şübhəli şəxslərin fotoşəkilləri yayılıb

Şübhəli şəxslərin fotoşəkilləri yayılıb

Gəncə şəhərində keçirilmiş aksiyada polislərə xəsarət yetirməkdə şübhəli bilinən iki nəfər axtarılır. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov hadisədə şübhəli bilinir və axtarışdadır.

Həmin şəxslərin fotoşəkilləri də yayılıb. Güc strukturları vətəndaşlardan xahiş edir ki, onların yerini bildikdə DİN-in 102 xidmətinə, eləcə də Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 nömrəli telefonlara məlumat versinlər.

İyulun 10-da, axşam 20 radələrində Gəncə şəhərinin mərkəzində aksiya keçirilib. Aksiyaçılarla polislər arasında qarşıdurma olduğu, nəticədə iki polis zabitinin öldürüldüyü deyilir. Aksiyanın hansı məqsədlə keçirildiyi məlum deyil. Yalnız bir neçə gün öncədən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərovu müdafiə məqsədilə aksiya keçiriləcəyi elan edilirdi, ayrı-ayrı vətəndaşlara dindarlar adından aksiyaya çağırış mesajlarının göndərildiyi deyilirdi. Həmin çağırışların təxribat xarakterli olduğu bildirilirdi.


Gəncədəki aksiyada polisləri öldürməkdə şübhəli bilinən 2 nəfər axtarılır - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abel Məhərrəmov erasının biabırçı sonluğu - rektor özünü necə yandırdı...
    Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.
     16.11.2018
    Dövlət 25 illik dövrü vətəndaşlara hədiyyə edəcək
    Nazir müavini qeyd edib ki, 2006-cı ildən sonra elektron baza olduğu üçün pensiyaya çıxacaq şəxsin sığorta stajı və ödədiyi sığorta haqları bazadan görünəcək.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ