EURO 1,8477 TRY 0,2508
USD 1,7 RUB 0,0227
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.09.2019 10:24:09

"Gəncə işi" üzrə təqsirləndirilən bir qrup şəxs bugünki məhkəmə prosesində aclıq elan edib

"Gəncə işi" üzrə təqsirləndirilən bir qrup şəxs bugünki məhkəmə prosesində aclıq elan edib. Buna səbəb prokurorun dünənki çıxışında iki təqsirləndirilən şəxsin - Bəkrəm Əliyev və Həbib Qurbanovun müvafiq olaraq 16 və 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsi olub.

Bugünki iclasda üç müttəhimin vəkilləri yekun sözlə çıxış edib. Onlar müvəkkillərinə bəraət verilməsini xahiş ediblər.

Növbəti iclas sentyabrın 12-nə təyin edilib.

Xatırladaq ki, dünən prokuror Mirzə Hüseynovun 8, Asif Cavadovun 7, Elmir Hüseynzadənin 7, Şahin Verdiyevin 6, Vüqar Yusifovun 6, yetkinlik yaşına çatmamış Emil Məmmədovun islah-tərbiyə müəssisəsinə yerləşdirilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhimlər kütləvi iğtişaşlar təşkil etməkdə və ya onlarda iştirak etməkdə, polis əməkdaşlarına qarşı güc tətbiq etməkdə ittiham olunurlar. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsi Bakının Sabunçu rayon məhkəməsinin binasında baxır.

*2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə

iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Sonradan Apellyasiya Məhkəməsi işin altı fiqurantını azad edib. (Turan İA)


"Gəncə işi" üzrə təqsirləndirilən şəxslər aclıq elan ediblər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusla bağlı nəqliyyata məhdudiyyətlər deputatların şəxsi və xidməti maşınlarına aid deyil
    Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilməyəcək.
     09.04.2020
    Koronavirus ölkədə məhsul qıtlığına səbəb olacaqmı?
    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bu suala cavab verib
     09.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ