EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:10.07.2019 14:28:04

Gəncə hadisələri (2019-cu il iyul ayı) ilə bağlı ittiham olunan Aydın Qurbanov bu gün Penitensiar Xidmətin xəstəxanasında vəfat edib

Gəncə hadisələri (2019-cu il iyul ayı) ilə bağlı ittiham olunan Aydın Qurbanov bu gün Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Bu barədə onun xanımı Məhbubə Qurbanova bildirib.

İyulun 8-də A.Qurbanov komaya düşüb. Həkimlər A.Qurbanovun ömrünə az qaldığını bildirsələr də prokurorluq onun azad edilməsilə bağlı ailənin xahişini təmin etməyib.

A.Qurbanov CM-in 228.3-ci maddəsi (mütəşəkkil silahlı qruplaşmanın tərkibində qanunsuz silah dövriyyəsi) ilə həbs edilib. Həbsdən sonra onda onkoloji xəstəlik aşkar edilib.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.(Turan)


Gəncə hadisələri üzrə ittiham olunan şəxs həbsxana xəstəxanasında vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziyafət Əsgərov: “Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil”
    Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar.
     22.10.2019
    Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq?
    Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ