EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2019 19:42:08

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu Rayon Pois İdarəsinə aparılıb

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu Rayon Pois İdarəsinə aparılıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

"İki gündür polis atama zəng edir ki, Elçin Qasımova denən idarəyə gəlsin. Mən də deyirəm səbəb göstərilsin gedim. Heç bir səbəb göstərmirlər. İndi də gəliblər ki, gedək Sabunçu polisinə. Gedək görək, nə deyirlər", - o qeyd edib.

Sabunçu Rayon Polis İdarəsində E.Qasımovla 30 dəqiqəyədək profilaktik söhbət aparıldıqdan sonra o azad buraxılıb.

"Polisdə ictimai fəaliyyətimin aktiv olduğunu bildirdilər. Sonra ailə üzvlərim, onların telefon nömrələrini soruşdular", o, "Amerikanın səsi"nə bildirib.

Rəsmi qurumlar Qasımovun polisə aparılması ilə bağlı məlumat yaymayıblar.

Elçin Qasımov 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan öncə, noyabrın 5-də saxlanılıb. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. 2019-cu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. (Turan)


Əfv sərəncamı ilə azad edilən MBH-nin sədr müavini polisə çağırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsi başlayıb
    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
     18.06.2019
    İki yaşlı uşaq 3-cü mərtəbənin balkonundan düşsədə heçnə olmadı - VİDEO
    İslamazeri.com xəbər verir ki, Türkiyənin Sakarya şəhərində 2 yaşlı uşaq 3-cü mərtəbənin balkonundan yıxılıb. Xoşbəxtlikdən azyaşlıya heçnə olmayıb və xəsarət almayıb.
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ