1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:23.04.2019 14:46:46

Füzuli rayonunda fərdi yaşayış evində yanğın olub.

Füzuli rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Səfər Məmmədxan oğlu Quliyevə məxsus birmərtəbəli, beşotaqlı evdən yanğın baş verib. Hadisə zamanı iki otaq əşyaları ilə birlikdə yanaraq kül olub. Nəticədə X sinif şagirdi, 16 yaşlı Elgül Səfər oğlu Quliyev tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirir.

Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Füzulidə ev yanıb, 16 yaşlı yeniyetmə zəhərlənib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərildi
    Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin sayı açıqlanıb.
     20.02.2020
    DTX İcra Hakimiyyətində əməliyyat keçirdi - Yeniləndi
    Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ