EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.02.2019 10:37:21

Freedom House təşkilatı hazırladığı illik hesabatında demokratiyanın dünya miqyasında zəiflədiyini bildirib.

İslamazeri.com "Voa"ya istinadən xəbər verir ki, Freedom House təşkilatı hazırladığı illik hesabatında demokratiyanın dünya miqyasında zəiflədiyini bildirib. Xüsusən də bunun ABŞ-da baş verməsinin böyük bir narahatlıq doğurduğunu vurğulayıb.

Təşkilat Birləşmiş Ştatların hələ də qüdrətli demokratiya olaraq qaldığını vurğulayır. Eyni zamanda ABŞ-ın Freedom House balı onu Yunanıstan, Xorvatiya və Monqolustan kimi ölkələrlə bir sıraya qoyur ki, bu göstərici Almaniya, Fransa və Britaniyanın demokratiya indekslərindən xeyli aşağıdır.

Freedom House-un nümayəndəsi Sara Repuççinin sözlərinə görə, əsas təşkilatlar təzyiqlərə məruz qalır.

Bizim ən böyük narahatlıqlarımız məhkəmə sisteminə hücumlar, mətbuata qarşı nifrətin yaradılması, korrupsiya və seçkilərimizin qanuniliyinə qarşı edilən hücumlardır." - deyə, o bildirib.

Ağ Ev bəyanata şərh verməkdən imtina edib. Prezident bir neçə dəfə mətbuatı ədalətsiz ışıqlandırmaya görə günahlandırıb və şəxsən özü fərdi jurnalistlərə qarşı sözlü hücumlar edib.

Digər ekspertlər isə deyirlər ki, ABŞ-ın demokratik ənənələri qanunlardan deyil, normalardan asılı olduğu üçün həssasdır. 

"Bizim digər ölkələrdən fərqli olduğumuzu görə bilərsiniz. Bir çox ölkə İkinci Dünya Müharibəsi dövründə öz demokratiyasını itirmişdi. Lakin daha sonra onlar bizim konstitusiyamızda belə olmayan məsələri özündə əks etdirən güclü, müasir konstitusiya ilə bunu bərpa etdilər. Ona görə də biz illərdir təzyiqlər altında qalan bu normalara çox bağlıyıq." - deyə, Karnegi mərkəzinin nümayəndəsi Reyçel Kleynfild bildirib

Repuççii deyir ki, ənənəvi olaraq ABŞ digər ölkələr üçün nümunədir və başqalarına böyük təsir göstərir.

"Digər ölkələr Birləşmiş Ştatlarda baş verən hadisələri izləyir və liderlərimizin davranışlarından danışırlar. Prezidentin dünyanın ən pis diktatorlarından bəzilərinə qarşı tərfilər deməsi dünyadan demokratiyanın əhəmiyyətinə inanmadığını dair təəssürat yaradır."

Həm Repuççi, həm də Kleynfild inanır ki, ABŞ-ın demokratik qurumları güclü və möhkəmdir. Amma onlar həm Konqres üzvlərini və həm də sıravi vətəndaşları bu dəyərlərin hər zaman orada olacağını düşünməməyə və onları müdafiə etməyə çağırır.


Freedom House: Donald Tramp ABŞ demokratiyasına təhlükədir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ