1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:29.05.2018 19:45:48

Makron Fransada qeyri-qanuni yaşayan Mali mühacirinə vətəndaşlıq təklif edib

Fransada qeyri-qanuni yaşayan Mali mühacirinin Parisdə yaşayış binasının eyvanından asılı qalmış uşağı xilas etməsindən sonra, ölkədə qanuni yaşamaq üçün statusun alması prosesi sürətləndirilib.

Videoda 22 yaşlı Mamoudou Qassama eyvandan eyvana dırmaşaraq, yıxılmaq üzrə olan uşağı xilas etməsi qeydə alınıb.
İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Yelisey sarayında gənc mühacirlə görüşərək, ona şəxsən təşəkkürünü bildirib və onu “nümunəvi” insan kimi təqdim edib. 

Makron Qassamanı cəsarət medalı ilə təltif edib və ona Fransa vətəndaşlığı ilə bərabər, yanğınsöndürmə idarəsində iş təklifi verib.

Bununla bərabər, Makron Fransa immiqrasiya qanunlarının sərtləşdirilməsinə dəstəyini müdafiə etdi və bildirdi ki, Qassamanı mükafatlandırmağın ölkənin immiqrasiya ilə bağlı yanaşmasına təsiri yoxdur.


Fransada qanunsuz yaşayan mühacir uşağı xilas etdiyinə görə ona vətəndaşlıq, medal və iş verildi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ