Fransanın şimalında yerləşən Monmanyinin meri Patrik Floke şəhərdəki məscidin bağlanmasından hiddətləndiyini bəyan edib.

Az.shafaqna.com “Le Parisien”ə istinadla xəbər verir ki, ibadət ocağı hökumətin “İslam separatizmi ilə mübarizə” tədbirləri çərçivəsində qapadılıb.
Floke bildirib ki, son 5 ildə məscidin fəaliyyətinə dair heç bir irad olmayıb və bu addım hökumətin qeyri-peşəkarlığından xəbər verir.
Qeyd edək ki, Monmanyidəki məscid Fransa DİN-in qərarı ilə ölkə üzrə bağlanan 9 ibadətgahdan biridir.
Fransada mer məscidin bağlanmasına etiraz etdi