EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:31.05.2019 00:02:39

Fransa prezidenti Emmanuel Makronun populyarlığı azalıb.

"Report"un Fransa bürosu xəbər verir ki, bu, “Odoxa” mərkəzinin Avropa Parlamentinə keçirilən seçkilərdən sonra apardığı sosioloji sorğunun nəticələrində öz əksini tapıb.

Sorğuya əsasən, fransızların yalnız 30 faizi Emmanuel Makronun yaxşı prezident olduğunu bildirib. Qalan 70 faiz isə Fransa prezidentinin fəaliyyətinə mənfi qiymət verib. Beləliklə, Makronun populyarlığı bu ilin yanvar ayındakı, yəni "Sarı jiletlilər"in kütləvi aksiyaları zamanındakı səviyyəyə düşüb.

Bununla belə, Avropa Parlamentinə keçirilən seçkilərdə 24,2 faiz səslə birinciliyi qazanan Milli Yığıncaq Partiyasının (RN) lideri Mari Le Penin isə populyarlığı artıb. Fransızların 28 faizinin müsbət rəyini qazanan xanım siyasətçinin populyarlığı əvvəlkinə nisbətən artsa da, ancaq Emmanuel Makronu keçə bilməyib. 


Fransa prezidenti populyarlığını itirir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ