Fransa prezidenti nüvə sazişi ilə bağlı danışıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, İranın nüvə sazişindən mümkün çıxışının məsuliyyətini ABŞ daşıyacaq.
O, müvafiq bəyanatı Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında edib.
“Birincisi, İran bu sazişdən çıxmayıb. İkincisi isə, İran bu sazişdən çıxarsa, bunun məsuliyyəti ABŞ-ın boynunda olacaq”, - deyə o qeyd edib.
Makron bildirib ki, “rolları qarışdıraraq məsuliyyətin avropalılarda olduğunu demək lazım deyil”.
Fransa İranın tərəfini tutaraq ABŞ-ı pislədi