EURO 1,9801 NEFT 72,82
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2017 16:44:27

"Taliban" terror təşkilatı hərbi postlara və polis məntəqələrinə ölümcül hücumlar törətməkdə davam edir.

Əfqanıstanda son 3 sutkada "Taliban" yaraqlılarının təhlükəsizlik qüvvələrinin mövqelərinə etdiyi hücumlarda ən azı 100 hərbçi və polis həlak olub.

İslamazeri.com "TOLOnews"-a istinadən xəbər verir ki, Paktiya, Qəzni və Qəndəhar əyalətlərində ordu ilə terrorçular arasında baş verən toqquşmalarda onlarla hərbçi yaralanıb.

Xəbər verdiyimiz kimi, ötən həftə Qəndəhar əyalətinin Meyvənd rayonunda hərbi bazaya qarşı təşkil edilmiş kamikadze hücumunda 43 əsgər ölüb, 9 əsgər yaralanıb. Terror hücumu zamanı bazada 60 hərbçi olub.

Bundan əvvəl isə "Taliban" Paktiya əyalətində polis bazasına hücum edib. Burada ümumilikdə 80 nəfər dünyasını dəyişib. Onların 60 nəfəri təhlükəsizlik qüvvələrinin üzvləri olub. Ölənlər arasında əyalətin polis rəisi Toryalay Əbdyani də var. Həmin hücumda mülki şəxslər də daxil olmaqla 200 nəfər yaralanıb.

Digər hücum isə ötən gecə baş verib. Qəzni əyalətinin Əndər rayonunda "Taliban"ın hücumu nəticəsində 15 polis işçisi və beş mülki şəxs həlak olub.


Əfqanıstanda son 3 gündə 100-dən çox əsgər və polis öldürülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycana saxta sənədlə keçən 8 əcnəbi saxlanıldı - FOTOLAR
    Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
     19.07.2018
    ABŞ-ın hərbi gəmisi belə məhv edildi - VİDEO
    Təlimlər zamanı xidməti müddəti başa çatmış gəmi məhv edilib.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ