EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.11.2017 10:37:44

Terrorçular minalanmış maşınla Qəndəhar əyalətində inzibati binanı partlatmaq istəyiblər.

Dünən axşam saatlarında Əfqanıstanın Qəndəhar əyalətində dörd terrorçu kamikadze hədəfə çatmadan təhlükəsizlik qüvvələri tərəfindən məhv ediliblər.

İslamazeri.com "TOLOnews"-a istinadla xəbər verir ki, bu barədə yerli rəsmilər bildiriblər. Qəndəhar polis idarəsinin sözçüsü Ziya Durraninin sözlərinə görə, terrorçular əyalətin Maruf rayonunda zərərsizləşdiriliblər. Kamikadzelər "Humvee" avtomobili ilə rayon şurasının binasını partlatmağı hədəfləyiblər. Lakin polis onları uzaqdan müəyyənləşdirərək hədəfə çatmadan məhv edib.

"Humvee"-dəki bombalar nəzarət altında partladılaraq zərərsizləşdirilib. İnsidentin detalları açıqlanmayıb.


Əfqanıstanda 4 kamikadze hədəfə çatmadan məhv edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ