1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.01.2019 20:23:44

Jurnal İranlı genealı "Müdafiə və Təhlükəsizlik" kateqoriyasında birinci yerdə qərar verib

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Foreign Policy jurnalı İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı, general Qasim Süleymanini dünya mütəfəkkirləri reytinqinə daxil edib.

Foreign Policy jurnalı  İranlı generalı "Müdafiə və Təhlükəsizlik" kateqoriyasında birinci yerdə qərar verib. İkinci yerdə isə Almaniya müdafiə naziri Ursula fon der Leyeni layiq bilib (bütün 10 nəfərlik siyahı aşağıda screen-fotoda verilib).

"Qasim Süleymani artıq iki ildir İranın gizli hərbi güclərinə rəhbərlik edir. Onun bu günkü rolu, heç bir zaman belə böyük olmamışdır. Onun əl izlərini İranın aktiv olduğu hər yerdə, Yəməndən İraqa və Suriyaya  qədər görmək olar. Hətta O, İranın ictimai  simalarından birinə çevrilib ki, ABŞ prezidentinin İrana qarşı hədələri zamanı "Biz sizin yaxınlığınızdayıq, o qədər yaxınıq ki, siz təsəvvür edə bilməzsiniz.", - deyə Trampın hədələrinə 2018-ci ildə cavab vermişdi.", - Foreign Policy jurnalı yazıb.

Süleymani Trampa nə demişdi?

İslamazeri.com xəbər verir ki, Trampın hədələri zamanı İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı, general Qasim Süleymani iki dəfə cavab verib.

Ötən il iyulun axırında Həmədan şəhərindəki bir anım mərasimində çıxış edən Qasim  Süleymani ABŞ prezidentinin təhdidlərinə cavabında "Ey qumarbaz Tramp. Sənə düşündüyündən daha yaxınıq. Bu müharibəni siz başlada bilərsiniz, amma sonunu biz müəyyənləşdirərik. Bu müharibə ABŞ-ın bütün imkanlarının yox olması deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin hamısına ehtiyac yoxdur, Qüds Qüvvələri və mən kifayət edərik. İraqdakı əsgərləriniz qorxudan tankların içində  uşaq bezi bağlayırdı, indi durub bizimi təhdid edirsiniz? Siz (hərbi mütəxəssisləriniz) bizim gücümüzü və assimmmetrik müharibədə bacarığımızı bilirsiniz.",- demişdi.

Ötən ilin oktyabr ayında ABŞ Prezidenti Donald Trampın İran prezidentini hədələməsinə Süleymani belə cavab vermişdi: "Əgər (Tramp) təhdid dilindən istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, Prezident Həsən Ruhani ilə yox." deyib.


Foreign Policy jurnalı Qasim Süleymanini dünyanın 10 mütəffəkiri siyahısına daxil etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ