Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:24.08.2020 11:34:49

Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” başçısının müavini İlya Loyevski açıqlama verib

İslamazeri.com  “1Prime” saytına istinadən xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” başçısının müavini İlya Loyevski fırıldaqçıların “WhatsApp”-da istifadə etdikləri yeni sxemlər barədə danışıb.

O qeyd edib ki, dələduzluqların böyük hissəsi istifadəçiləri linkə klik etməyə və ya faylları yükləməyə “məcbur edən” mətnlər vasitəsi ilə baş verir.

Onun sözlərinə görə, bu cür sosial mühəndislik nümunələrində ən çox “Facebook”, “Google” və ya “Apple” kimi şirkətlərin “məşhur” adlarından istifadə edilir. Bundan başqa, canilər “həssas mövzuların” açar sözlərindən” (məs., koronavirus, “olduqca sərfəli təklif”) istifadə edə bilərlər.

“Çox zaman fırılfaqçılar ad və tərtibatı kopiyalayaraq “WhatsApp”-ın rəsmi profillərinin saxtasını düzəldirlər”, - deyə Loyevski əlavə edib.

Mütəxəssis bildirib ki, istifadəçidən şəxsi məlumatın (məs., doğum tarixi və ya bank kartının nömrəsi) istənilməsi faktı tələnin əlamətlərindən biridir.

mənbə


Fırıldaqçılar “WhatsApp"dan istifadə edərək insanları belə aldadır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin:
    Rusiya prezidenti Vladimir Putin Livandakı vəziyyətin dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.
     22.10.2021
    Zakir Həsənov azad olunmuş rayonlarda hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
    "Yeni inşa edilən poliqonda hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə təlim məşqləri həyata keçiriləcək”.
     22.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ