Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:17.05.2019 07:15:27

FETÖ(Fetullah Terör Örgütü)-nün həlledici mövqeyə sahib kadrlarını həyat yoladaşları vasitəsilə nəzarət altında saxıladığı məlum olub

 İslamazeri.com xəbər verir ki, FETÖ(Fetullah Terör Örgütü)-nün həlledici mövqeyə sahib kadrlarını həyat yoladaşları vasitəsilə nəzarət altında saxıladığı məlum olub. Təzyiqlə evliliyə razı salınan qardaşın həyat yoladşına ərini necə izləyəcəyini, camaatın nəzarətindən çıxacağı təqdirdə kiminlə rabitə qurmalı olduğu mövzusunda əvvəlcədən təlimat verildiyi üzə çıxıb - istintaq zamanı etiraflardan və əldə olunan məlumatlara əsasən ittihamnamələrdə qeyd edilib.

17-25 dekabr çevriliş əməliyyatından sonra xain təşkilatın sıralarından çıxaraq istintaqa əhəmiyyətli açıqlamalar verən A.İ.Y adlı polis əməkdaşı təşkilatda evliliyin hardasa casus mexanizminə çevrildiyini bildirib. Polisə ifadəsi verən zaman həlledici mövqeyə sahib kadrların onlara təqdim edilən fotolardakı xanımlardan birini seçməyə məcbur edildiyini deyən A.İ.Y təşkilatın xüsusi hazırlanan xanımlar vasitəsilənüfuzlu üzvlərin nəzarət altında saxlanıldığını qeyd edib: "Nikah təşkilatın sosial sahədə fəaliyyəti davam etdirməsi üçün istifadə etdiyi xüsusi vasitədir. Evlilik də camaat içərisində bir xidmət hesab olunur. Əgər camaatda bir nəfər yüksək mövqeyə sahibdirsə onun camaatdan kənar biri ilə evlənməsinə qətiyyən icazə verilmir".

Təşkilatın daha bir xüsusi quruluşunun olduğunu deyən A.İ.Y. buradakı kadrların xüsusi hazırlanan xanımlara ərə getdiyini, "Əsas vacib olan xüsusi quruluşdakı evlilikdir. Bunun səbəbi isə xüsusi quruluşdakı əməkdaşın evliliyi həyat yoldaşını deşifrə edə biləcək bir qüvvəyə malik olmasınıdır" - deyə açıqlama verən A.İ.Y. sözlərinə belə davam edib: "Camaat üçün perespektivli olan kadrın camaatdan kənar biri ilə evlənməsinə qətiyyən icazə verilməz. Onlara əvvəlcə camaatın seçdiyi bir xanımın şəkli göstərilir. Bu şəkil göstərilməzdən qabaq haqqında məlumat vermək adı ilə həmin xanım təriflənir. Təşkilat üzvü bu qadını bəyənməsə digər namizədlər irəli sürülür. Burada məqsəd perspektivli kadrların qəti şəkildə təqdim olunan namizədlərdən biri ilə evlənməsinə nail olmaqdır. Bunun üçün çox təkid edilir.
Yüksək mövqeyə sahib kadr evləndikdən sonra camaat ondan şübhələnsə, onunla əlaqədar tərəddüdlər yaransa evləndiyi xanımdan onun haqqında xüsusi məlumatlar alınır. Polis əməkdaşları üçün isə çalışdıqları şöbələrə uyğun xanımlar seçilir. Əgər əməliyyat şöbəsidirsə, evlənəcəyi xanım camaat tərəfindən xüsusilə seçilir. Təşkilatın üzvü əməliyyat şöbəsində yüksək vəzifədədirsə xanım da həmin sahə üzrə xidmətdən istifadə edilir. Əməliyyat idarəsində çalışan camaat nümayəndəsi rütbəli və ya məmur cib telefonunun izlənməsi zamanı məsul şəxslərdən biri izləməyə daxil olsa məlumatlandırmaqdan ötrü həyat yoldaşı istifadə olunur. İstifadə edilən xanıma belə bir vəziyyət yaranacağı təqdirdə necə davranacağına dair əvvəlcədən təlimat verilir. Məlumat mübadiləsində onlar kuryer olaraq istifadə edilir. Ancaq bu üsul fövqəladə vəziyyət yarandığı zaman, nadir hallarda istifadə olunur."

İstanbul baş prokurorluğu təşkilatın bu yolla üzvlərini nəzarət altında saxladığını bildirib. Baş prokurorluğun hazırladığı sənəddə "evlilikləri belə bağlı olduqları imamların icazə və təlimatları ilə baş tutur. Evlənmə qərarı verən təşkilat üzvləri istəyini özünə görə cavabdeh olan imama çatdırmalı, gələcək həyat yoldaşını təşkilata bağlı qadınların şəkillərindən ibarət bir kataloqdan seçməlidir. Beləcə həm üzvlərin təşkilata bağlılığı artırılır, həm də təşkilatla yollarını ayıracaqları təqdirdə onları həyat yoldaşları və uşaqları təşkilatın təlimatına əsasən özündən uzaqlaşdırmaqla təzyiq yaradılır. Təşkilat üzvlərinin iş və şəxsi həyatlarındakı bütün qərarlarını təşkilatın öhdəsinə buraxmalarının altında gizlənən səbəblərdən ən əsası tabe olduqları imamların və Fətullah Gülənin heç vaxt yanılmayacağına dair inamlarıdır", - deyə qeyd olunub.


FETÖ-nun casus taktikası: Dövlətə sızmış terrorçular arvadları vasitəsilə nəzarətdə saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir
    "İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."
     28.11.2021
    İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib
    "Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir."
     28.11.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ