ABŞ Prezidenti Donald Trampın bu layihəsini dəyərləndirən Əhməd bu layihənin məğlubiyyətə məhkum olduğunu vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Fəth Hərəkatı üzvü Əzəm Əhməd ABŞ-ın Fələstin məsələsini həll etmək üçün ortaya atdığı Əsrin Müqaviləsinin onsuz da ölü doğulmuş bir layihə olduğunu açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın bu layihəsini dəyərləndirən Əhməd bu layihənin məğlubiyyətə məhkum olduğunu vurğulayıb.
Əsrin Müqaviləsi ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Fələstin ilə İsrail arasındakı münaqişəni sona çatdırmaq üçün ortaya atdıqları və tamamilə İsrailin maraqlarını güdən bir layihədir.
Bu layihədə ən başda fələstinli qaçqınların tarixi vətənlərinə geri dönmək haqqı əbədi olaraq yox sayılır.
Fəth üzvü: Əsrin Müqaviləsi ölü doğulmuş bir layihədir