EURO 1,8782 TRY 0,2955
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.09.2018 21:04:31

İsrail ABŞ-lı professoru tutub.

İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, hüquq üzrə professor olan ABŞ-lı Frenk Romano fələstinli kəndinin dağıdılmasına mane olmağa cəhd edərkən İsraildə həbs edilib. Hadisə İordan çayının Qərb sahilində baş verib.

Professor və daha iki fəal bədəvi-fələstinlilərin yaşadığı Xan əl-Əhmar kəndini dağıtmaq istəyən buldozerin qarşısını kəsiblər.

Hazırda Romano Qüdsdədir; o, bu gün məhkəmə qarşısına çıxarılacaq. Romano polis və hərbçilərin işinə mane olmağa cəhddə ittiham edilir.

Xatırladaq ki, ötən həftə bəlli olub ki, 1931-ci ildə qurulmuş ərəb kəndi dağıdıla bilər.

İsrail rejimi bəyan edir ki, həmin yaşayış məntəqəsi qeyri-qanunidir və oranın sakinlərini köçürmək istəyir. Bu isə etiraz və tənqid dalğasına səbəb olub. Avropa İttifaqı və BMT də etirazını bildirib.

 

 


Fələstinliləri İsrail zülmündən qoruyan amerikalı professor həbs edilib - İSRAİLDƏ - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ