1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.09.2018 22:16:01

Müqavimət qrupları Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyini Qüdsə köçürməsinin ardınca siyasi cəhdinə qarşı birləşmə qərarı alaraq birgə bəyannamə hazırlayıblar.

Fələstinin müqavimət qrupları ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyini Qüdsə köçürməsinin ardınca ABŞ-ın "Əsrin müqaviləsi" kimi qiymətləndirdiyi siyasi cəhdinə qarşı birləşmə qərarı alaraq birgə bəyannamə hazırlayıblar.

İslamazeri.com xəbər verir ki, Fələstin Qurtuluş Demokratik Cəbhəsi, Fələstin Qurtuluş Təşkilatı, Fələstin Qurtuluş Xalq Cəbhəsi və HƏMAS tərəfindən imzalanan Milli Qurtuluş Proqramı başda Fələstin Qurtuluş Təşkilatı və Milli Birlik Hökuməti olmaqla Milli Məclisin ədliyyə və təhlükəsizliyin və milli birlik, milli hərəkat və demokratiyanın reabilitasiyasına əsaslanır" ifadələri ilə başlayır. Milli Qurtuluş Proqramında "Əsrin müqaviləsi" deyilən Amerikan planına qarşı milli mübarizənin yalnız diplomatik yolla deyil, Fələstin xalqının əlində olan bütün üstünlük kartlarının istifadə edilməsinə əsaslandığı qeyd olunub.

Fələstin xalqının haqlarını rədd edən və onlara qarşı cinayət törədən işğalçılarla əməkdaşlıq etməyin ağılsızlıq olduğu bildirilən proqramda, Qərbi İordandakı Yəhudi mühacirlərə qarşı çıxmağa üstünlük verilməsi, Fələstin torpaqlarında daimi yaşayış yeri qurmalarına ağır əvəzlər ödədilməsi lazım olduğu yer alıb. Milli Qurtuluş Proqramında işğal hökumətinin və liderlərinin Fələstin xalqına qarşı həyata keçirdikləri humanitar cinayətlərinə görə beynəlxalq cinayət məhkəmələrində mühakimə olunması üçün fəaliyyətə başlanmasının vacibliyi də ifadə edilib.


Fələstinli qruplar Trampa qarşı birləşmə qərarı qəbul etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ