1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:03.12.2019 14:41:43

Federal Təhqiqat Bürosu (FBI) bildirib ki, Rusiyada yaradılan FaceApp və digər mobil tətbiqetmələr "potensial əks-kəşfiyyat təhlükəsi" yaradır.

Federal Təhqiqat Bürosu (FBI) bildirib ki, Rusiyada yaradılan FaceApp və digər mobil tətbiqetmələr "potensial əks-kəşfiyyat təhlükəsi" yaradır.

Bu şərhlər ABŞ Senatoru Chuck Schumer-in bu tətbiqetməni araşdırmaq tapşırığına cavabda verilib.

Üz dəyişdirmə tətbiqetməsi bu ilin əvvəlində internetdə məhşurlaşsa da, məxfiliklə bağlı narahatlıqlara səbəb olub.

Federal Təhqiqat Bürosunun bu açıqlamaları ABŞ-ın, xarici texnologiya şirkətlərinin məhsullarının təhükəsizlik üçün risk yarada biləcəyi barədə narahatlığının artması ərəfəsində verilib.

Agentlik cənab Schumer-ə məktubunda deyir ki, "FaceApp kimi Rusiyada hazırlanmış hər hansı oxşar mobil tətbiqetməni və ya məhsulu potensial əks-kəşfiyyat təhdidi hesab edir".

Büro istifadəçilərin fotoşəkillərini daha yaşlı və ya gənc görünmələri üçün dəyişdirən tətbiqetmənin xarici siyasi müdaxiləsinə dair hər hansı sübut tapacağı halda hərəkətə keçəcəyini bildirib.

FaceApp şərh istəklərinə dərhal cavab verməyib.

Tətbiqetmə Sankt-Peterburqda yerləşən Wireless Lab şirkəti tərəfindən hazırlanıb. Şirkət bundan əvvəl demişdi ki, onlar şəkilləri yaddaşda həmişəlik saxlamır və çox sayda məlumat toplamırlar - yalnız istifadəçi tərəfindən redaktə üçün seçilən şəkilləri yükləyirlər.

Chuck Schumer 2019-cu ilin iyul ayında FaceApp tətbiqetməsinin "milli təhlükəsizlik və milyonlarla ABŞ vətəndaşının məxfiliyinə risk" yaratmaq narahatlığı ilə bu proqramın araşdırılmasını istəmişdi.

Senatorlar bu yaxınlarda Çinin ByteDance şirkətinə məxsus olan TikTok video paylaşma platformasını hədəfə alıblar.

Dünyada təxminən yarım milyard aktiv istifadəçisinin olduğu düşünülən platforma son illərdə populyarlıq qazanıb.

Populyarlığın artması tətbiqetmənin aid olduğu Çinin xüsusiyyətlərinə görə qərb bazarlarında narahatlıq yaradıb.(BBC)


Federal Təhqiqat Bürosu: "FaceApp "potensial təhlükə" yaradır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ