EURO 1,9142 TRY 0,2974
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.02.2019 10:02:48

Bu gün, cümə, bəhmən ayının 12-si, fevralın biri, İran İslam İnqilabının mübarək "Fəcr 10 günlüyü" başlayır

Qırx il bundan qabaq  yəni günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 12-si, 1979-cu il fevralın birində İran İslam Respublikasının dahi banisi  Ayətullah Ruhullah Musəvi Xomeyni on beş il vətəndən uzaqda və sürgündə olandan sonra xalqın şövqlü və əzəmətli qarşılama mərasimi ilə İrana gəlir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, məhz bu gün İranda "Fəcr 10 günlüyü"nün başlanğıcı kimi qeyd olunur.

İmam Xomeyinin İrana daxil olmasından on gün sonra, günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 22-si, 1979-cu il fevralın on birində İran İslam İnqilabı qələbə çalıb.

Hər il bu günlərdə İslam İnqilabının qələbəsinin ildönümü ilə bağlı bayram tədbirləri və xüsusi mərasimlər keçirilir. İranın səfirliyi olduğu ölkələrdə, İslam Respublikasının diplomatik korpusları olduğu ölkə rəsmilərinin və diplomatik əlaqələri olduğu ölkələrin diplomatlarının iştirakı ilə konfrans, mərasim və toplantılar təşkil edirlər.

İmam Xomeyninin İranın devrimiş şahı - Pəhləviyə tarixi etirazlarından bir neçə nümunə:

Şahın kaputulyasiya sazişinə qol çəkməsindən sonra İmam Xomeyni ona sərt mesajlar verməyə başladı. Bir zamanlar müctehidlərdən birinin şaha qəbul etdiyi sazişə etiraz edərək:”Mən İrandan köçməyə qərar verdim”- cümlələrini də diqqətə çəkən İmam Xomeyni Şahın İran xalqını təhqir edən bu sazişi ləğv etməsini bu cür tələb edir:”Ey Şah, bir zamanlar zəmanə mücehidləri İrandan köç edəcəklərini sənə bildirmişdilər. Ancaq mən sənə deyirəm: bu qanunu ləğv etməsən səni İrandan qovmağa qərar verəcəyəm!”-deyərək dövrünün və ondan sonrakı nəsillər üçün bir şücaət və mərdanəlik məktəbinin banisi kimi diqqəti çəkir. 
Bu qanuna etiraz edərək çıxışında bu cümlələrə yer verir:”İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi, İran ordusunun əzəmətini tapdaladılar. Parlamentdə bir qanun qəbul edildiki İranı Vyana müqaviləsinə əməl etməyi boynuna qoydular. Bir sözlə İrandakı hərbiçilərin ailələri,özləri, malları və texnikaları onların hər növ cinayətləri müqabilində əmniyyətdə olacaq. Ey cənablar, mən xətər-təhlükə elan edirəm!, Ey İran Ordusu mən xətər-təhlükə elan edirəm!, Ey İran siyasətçiləri mən xətər-təhlükə elan edirəm! And olsun Allaha fəryad etməyən hər bir kəs günahkardır. And olsun Allaha fəryad qoparmayan hər bir kəs, böyük günah etmişdir! Ey İslam başçıları, İslamın dadına çatın! Nəcəf alimləri İslamın dadına çatın!, Qum alimləri İslamın dadına çatın!”. 


“Fəcr 10 günlüyü” başladı - Bu gün İmam Xomeyninin 15 il sürgündən sonra İrana gəldiyi gündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: ABŞ odla oynayır! Əgər istəsəydik...
    İran XİN başçısı müsahibə verib.
     16.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ