EURO 1,9164 TRY 0,2892
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.05.2019 16:43:05

Faizsiz banklar vəsaitlərdən hansı üsullarla istifadə edərək gəlir əldə edirlər

...
Müşarəqə

Müdaribədə bir tərəf sərmayə, o biri tərəf yalnız əmək qoyursa, müşarəqədə tərəflər işə həm əmək, həm də sərmayələrini qoyurlar. 
Müşaraqədə şərikliyə qatılanlardan bir və ya bir neçəsinin işi görməsiylə şəriklərdən hər biri, işin görülməsinə qoşulmayanlar da daxil olmaqla, gəlirə əvvəlcədən razılaşdıqları hissədə haqq qazanırlar. 
Gəlirin bölüşdürülməsində tərəflərin razılığı əsasdır. Yəni, sərmayələr bərabər olduğu halda gəlir payları fərqli ola bilər və ya sərmayələr fərqli olduğu halda gəlir payları eyni ola bilər. 
Bu fərqlilik bəzilərinin daha çox iş görmələri və ya daha qabiliyyətli ola bilməsindən irəli gəlir.

Müşaraqə maliyyə üsulu belə tətbiq olunur və həyata keçirilir: 
Faizsiz bank şəriki olan müştəri tərəfindən istənilən sərmayənin bir qismini təşkil etmək öhdəçiliyini öz üzərinə götürür. Müştəri istədiyi və aldığı maliyyə yardımının idarə edilməsi, yoxlanılması və nəzarətinin öhdəliyini üzərinə götürür. Bu öhdəliklərin müştərinin üzərinə düşməsi, ona gəlirdən daha çox pay almağa haqq qazandırır.
Bu üsulla xalis gəlir tərəflər arasında belə bölünür: 
Şəriklərdən biri olan müştəri gördüyü iş və bacarığına görə payın bir hissəsini alır. Gəlirin qalan hissəsi sərmayədə payı olan şəriklər arasında iştirak paylarına mütənasib olaraq bölünür. 
Zərərlə üzləşdikdə isə, zərər tərəflərin sərmayədəki paylarına müvafiq olaraq paylanır. Müştəri əlavə bir zərərə məruz qalmır.

Müşarəqə üsulu adətən sənayenin maliyyələşdirilməsində istifadə olunur. Təchizat və avadanlıq əldə edilməsində müşaraqa üsulu uğurla həyata keçirilir. Bu üsul ticarətin maliyyələşdirilməsində də istifadə olunur.

Müşarəqənin aşağıdakı növləri var:
- Davamlı müşarəqə.
- Azalan müşarəqə.

Davamlı Müşarəqə
Faizsiz bank müəyyən payda investisiyaya şərik olur və müəyyən miqdarda pay alır. Müqavilənin son tarixi müəyyən edilməmişdir. Buna görə də şəriklərin istəyi ilə müddət uzadıla bilər. 

Azalan Müşarəqə
Bu növ müşaraka müqaviləsi belə olur: əvvəl müşaraqə müqaviləsi bağlanır və sonra tərəflərdən birinin payı azaldıqca o birininki isə artır.

Məsələn:
Layihədən gəlir gətirəndə tərəflər razılaşdığı mənfəət paylarını götürürlər. Yəni, bir obyekt tikilir və ondan gələn gəlirin bank 45%-ni, müştəri isə 55%-ni götürür. 
Əgər müştəri bu obyekti tam mülkiyyətinə keçirmək istəyirsə, onda ilbəil bankın 45%-ni hissə-hissə almağa başlayır. 
Burada payı azalan bankın getdikcə mənfəət payı da azalır və sonda müştəri obyektin tam hüquqlu sahibi olur. 
Bankın payı get-gedə azaldığına görə bu müqaviləyə azalan müşaraka deyilir.
Digər sahələrdə də istifadə edilsə də ən çox inşaat və nəqliyyat sahələrinə vəsait ayırılır.

Müşaraqə üç şəkildə həyata keçirilir: 
• Sərmayəyə iştirak;
• Müəyyən bir hüquqi-kommersiya əməliyyatı üçün iştirak;
• Temlik ilə nəticələnən iştirak.
...

Ardı var

Royal İmanli / İslamazeri.com-un arxivindən


Faizsiz bankların mənfəət üsulları: Müşarəqə metodu (2-ci Yazı)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir Avropa ölkəsində təxribat: Quran yerə atıldı, müsəlmanlar təhqir edildi
    Norveçdə müsəlmanlara qarşı təxribat törədilib.
     17.06.2019
    Netanyahunun arvadı cəzalandırıldı - SƏBƏB
    İsrail rejiminin Baş nazirinin arvadı cərimələnib.
     17.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ