1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:11.02.2019 15:02:02

Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir.

Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir.

İslamazeri.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, məktəb vaxtilə ferma üçün tikilib və hazırda tam yararsız haldadır. Belə ki, döşəmə çürüyüb, divarlar çatlayıb, tavan çökür.

55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarana boya vurulub. Hazırda məktəbdə 320 şagird, 40-dan çox müəllim qeydiyyatdadır.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən məktəbin tikintisi nəzərdə tutulub və bu məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq.


“Facebook”da hamı bu məktəbdən danışır... - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bill Geyts yenə “kasıbladı”: Milyarderlər siyahısındakı yeni yeri
    "Bloomberg" milyarderlə bağlı yeni məlumat yayıb.
     17.07.2019
    İran xarab xarici tankeri öz sularına çəkdi: “Lazımi yardım ediləcək”
    İran XİN rəsmisi məsələ ilə bağlı danışıb.
     17.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ