“Meta” şirkətinin yayım siyasətində edilən yeni dəyişikliklərin gələn ildən tətbiq ediləcəyi planlaşdırılır.

“Facebook” və “İnstagram” istifadəçiləri bəzi mövzularda sərbəst paylaşım edə biləcək.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, “Meta” şirkəti yayım siyasətində dəyişiklik edir.
Artıq bəzi həssas mövzularda paylaşım edən istifadəçilərin hesabı bloklanmayacaq. Söhbət əsasən, dini, irqi mövzular və xəstəliklərlə bağlıdır. Bu mövzularda status paylaşanlar dəfələrlə problemlərlə üzləşdiyi üçün “Meta” şirkəti yayım siyasətini dəyişir.
"Facebook" və "Instagram"da yenilik: Artıq bu istifadəçilər bloklanmayacaq