EURO 1,909 TRY 0,248
USD 1,7 RUB 0,0241
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:18.03.2020 12:03:16

Facebook şirkətinin baş əməliyyat direktoru Şeril Sandberq bildirib ki, iqtisadi böhran kiçik müəssisələr üçün ciddi risk yaradır.

İslamazeri.com Voa-ya istinadən xəbər verir ki, çərşənbə axşamı Facebook korporasiyası bildirib ki, koronavirusun iqtisadi təsirini aradan qaldırmaq üçün 30-dan çox ölkədəki 30.000-ə qədər kiçik müəssisəyə 100 milyon dollar nağd pul yardımı və reklam kreditləri verməyi planlaşdırır.

Əsasən nağd pul verməyi planlaşdıran Facebook biznes sahiblərinin kömək üçün necə müraciət etməsi barədə yaxın zamanda ətraflı məlumat vercək.

Facebook şirkətinin baş əməliyyat direktoru Şeril Sandberq bildirib ki, iqtisadi böhran kiçik müəssisələr üçün ciddi risk yaradır.

"Biz kiçik müəssisələrə ən yaxşı şəkildə necə kömək edə biləcəyimizi başa düşmək üçün onları dinlədik. Anladıq ki, maliyyə dəstəyi bu bizneslərin fəaliyyətini davam etdirməsini və işçilərin maaşlarının ödənməsini təmin edəcək ", deyən Sandberg həmçinin əlavə edib ki, Facebook şirkəti kiçik biznesləri təlim və dəstəklə təmin edilməsini planlaşdırır.

Facebook bildirir ki, şirkətlər kirayə haqqı, əməliyyat xərclərini ödəmək və ya Facebook-da reklam üçün nağd puldan istifadə edə biləcəklər.


Facebook kiçik bizneslərə 100 milyon dollarlıq maliyyə yardımı edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maliki açıqladı: ABŞ İŞİD-lə mübarizədə İraqa kömək etməyib
    İraqın sabiq baş naziri Nuri Əl Maliki maraqlı açıqlamaları ilə gündəmə gəlib
     03.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ