Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.05.2020 14:04:05

Exxon Mobil şirkəti Azərbaycanın ən iri neft yatağındakı payını yenidən satışa çıxarıb.

İslamazeri.com  voa-ya istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti yazıb.

Bank və neft sənayesi ekspertləri addımın neft qiymətlərinin çöküşündən bəhrələnməyə çalışan Asiyanın neft-qaz nəhənglərindən maraqla qarşılandığını bildirir.

ABŞ-ın ən iri neft-qaz şirkəti ilk öncə Azəri-Çıraq-Günəşli yatağındakı 6.8 faizlik payını 2018-ci ildə satmağa cəhd göstərmişdi. Onun rəqibi Chevron isə bu yataqdakı 9.57 % payını satmışdı.

Chevron Macarıstan enerji firması olan MOL-a öz payını satışını noyabrda həyata keçirmişdi. Həmin satışın həcmi $1.57 milyard dəyərində idi.

Exxon neftin barelinin $30 dollar civarına düşdüyü ərəfədə prosesə yenidən start verib.

Azərbaycan dövlət neft şirkəti SOCAR-ın rəsmiləri xəbəri şərh etməkdən imtina edib.

Həmin paya maraq göstərən Asiya şirkətləri sırasında Çin Milli Ofşor Neft Korporasiyası, Hindistanın ONGC və İndoneziyanın Pertamina şirkətlərinin olduğu deyilir. Onlar həmin payı əvvəl qiymətləndirildiyindən daha ucuz qiymətə almağa ümid bəsləyirlər.


Exxon Mobil şirkəti Azərbaycandakı payını satır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin:
    Rusiya prezidenti Vladimir Putin Livandakı vəziyyətin dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.
     22.10.2021
    Zakir Həsənov azad olunmuş rayonlarda hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
    "Yeni inşa edilən poliqonda hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə təlim məşqləri həyata keçiriləcək”.
     22.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ