1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.11.2020 19:56:17

Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.

İslamazeri.com-un xəbərinə görə, respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.


Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu müsəlman ölkəsi Şuşada konsulluq açacaq
    Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq."
     1.05.2021
    Qədr gecəsi və İmam Əlinin (ə) şəhadəti haqqında - VİDEO
    Shafaqna Azərbaycanca-nın bu video layihəsində Qədr gecəsi, həmçinin İmam Əlinin (ə) şəhadətilə bağlı mövzulara toxunulub. Video layihədə Marneulinin İmam Əli (ə) məscidinin axundu, İmam cümə Hacı Hacıyevdən də münasibət alınıb.
     1.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ