Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.01.2022 11:37:33

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefaya verdiyini bəyan edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Armen Sarkisyan verdiyi yazılı açıqlamada ölkəsində müxtəlif siyasi problemlərin olduğunu və onlarla mübarizə aparmaq üçün lazımi alətlərə malik olmadığını bildirib.

Prezident kimi daxili və xarici problemləri həll etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini də hədəf aldığını qeyd edib.

Səhhətinin də qeyd olunan səbəblərdən mənfi təsirləndiyini vurğulayan Sarkisyan “Uzun müddət düşündüm və dörd ildən sonra prezidentlikdən istefa vermək qərarına gəldim. Bu qərar emosional deyil, müəyyən məntiq çərçivəsində verilib” ifadəsini işlədib.

Qeyd edək ki, 2018-ci ildə prezident seçilən Sarkisyanın səlahiyyət müddəti 2025-ci ildə başa çatırdı.


Ermənistan prezidenti vəzifəsindən istefa verib - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən Azərbaycan dilindən “qeyri-məqbul” qiymət alanlara MÜRACİƏT
    “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
     23.05.2022
    Azərbaycanda koronavirusa yoluxmada SON VƏZİYYƏT
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842 test icra olunub.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ