EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.12.2018 15:59:36

Bu iclasda sədr seçildikdən sonra müvəqqəti sədrlik də başa çatır.

Bizimyol.info "Novosti Armenia"-ya istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin yeni tərkibdə ilk iclasını 73 yaşlı deputat Knyaz Həsənov açacaq. Reqlamentə görə ilk iclasa sədrliyi parlamentin ən yaşlı deputatı açır və sədrlik edir. Bu iclasda sədr seçildikdən sonra müvəqqəti sədrlik də başa çatır.

Knyaz Həsənov bundan əvvəl keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Pespublika Partiyasından deputat idi. Bu dəfə isə Nikol Paşinyanın “Mənim addımım” blokundan deputat seçilib. Milliyyətcə yezdi kürdüdür.

Bu arada Novosti Armenia yazır ki, ABŞ, Avropa İttifaqi, Almaniya, Fransa, İran, Gürcüstan və sair dövlətlərdən təbrik gəlsə də, Rusiya Prezidenti Vladimir Putin yeni seçilmiş parlamenti və qalib gəlmiş partiyaları təbrik etməyib. Erməni KİV yazır ki, Putin müəyyən səbəblərdən Paşinyanı təbrik etməyə tələsmir; o, Ermənistandakı seçkilərlə bağlı təbrik göndərsə, bu, o demək olacaq ki, Moskva keçmiş prezident Robert Köçəryanın həbsi və daim dəstəklədiyi “Qarabağ klanı”nın – Respublika Partiyasının məğlubittəti ilə barışmış olacaq. Bununla yanaşı erməni saytları bu gün Köçəryan tərəfdarlarının İrəvanda etiraz aksiyalarına başladığı haqda məlumat və görüntülər yayıb. Daha bir keçmiş prezident və keçmiş baş nazir Serj Sarqsyanın başçılıq etdiyi Respublika Partiyasında da öz liderinə qarşı hərəkətlənmə var; partiyada Sarqsyanın sədrlikdən uzaqlaşdırılması üşün hazırlıq işləri gedir.

Bir gün əvvəl Sarqsyanın partiyadakı müavini Eduard Şarmazanov demişdi ki, seçkidə “qazanılmış 60 min səs partiyanın dirçəlişi üçün stimuldiur”.

Özünü “parlamentdənkənar müxalifət” elan etmiş ERP yenidən toparlanmaq fikrindədir. Onunla yanaşı Milli Məclisdən kənarda qalmış Daşnaksütyun Partiyası isə bəyan edib ki, mübarizəni davam etdirəcək”. Daşnaksütyun “xarici siyasi və Qarabağ probleminə dair çağırışlara cavab verməyi” özünün prioritetləri sayır.


Ermənistan Milli Məclisinə Həsənov sədrlik edəcək - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ