1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.11.2020 14:24:03

Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib.

Ermənilərin bəyanatda göstərilən rayonlardan çıxarılması işlərinin davam etdiyini bildirən Hikmət Hacıyev deyib: “Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması nəzərdə tutulur.


Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ