1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.09.2019 14:35:15

Ermənistan hökumətinin iclasında İsrail rejimi ərazisində Təl-Əviv şəhərində səfirliyin açılması qərara alınıb.

İslamazeri.com-un "Eastnews.org"a istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan hökumətinin iclasında İsrail rejimi ərazisində Təl-Əviv şəhərində səfirliyin açılması qərara alınıb.  

Bu barədə RİA “Novosti”nin müxbiri məlumat verib.  

Xarici İşlər Naziri Zohrab Mnatsakanyan tərəfindən hazırlanan Nazirlər Kabinetinin qərarında deyilir: "İsrail Dövlətində (iqamətgahı Təl-Əvivdə) Ermənistan Respublikasının səfirliyi yaradılsın".  

Nazirin sözlərinə əsasən, İsrail rejimində səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəkdir.  

"Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib", - deyə Mnatsakanyan bildirib. 


Ermənistan İsraildə səfirlik açacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ