Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.10.2021 09:43:15

Ermənistan hakimiyyəti nəhayət ki, "Artsax xalqının" öz müqəddəratını təyinetmə və iradə ifadəsini dəfn edəcək.

"Noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan arasında iki yeni sənəd imzalanacaq".

İslamazeri.com "Musavat.com"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan media quruluşları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son anda fors-major vəziyyət yaranmasa, Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə demək olar ki, yekun olan iki sənəd Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq.

Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir.

Bu sənədə əsasən, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illər xəritələri əsasında İrəvan və Bakı bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

Məlumatda daha sonra vurğulanır ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş görüşün nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd isə regionda kommunikasiyaların açılmasına, xüsusən də “koridor - yolların" qurulmasına, o cümlədən Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.

Ermənistana və Qarabağdakı qanunsuz rejimə aid media quruluşları iddia edirlər ki, bu məlumatlar ciddi və etibarlı diplomatik mənbələrdən alınıb. Xəbərdə həmçinin qeyd edilib ki, əgər yazılanların hamısı doğru çıxsa, o zaman Ermənistan hakimiyyəti nəhayət ki, "Artsax xalqının" öz müqəddəratını təyinetmə və iradə ifadəsini dəfn edəcək, yəni "Artsax" mövcudluğunu dayandıracaq.


"Ermənistan hakimiyyəti Artsaxı dəfn edir" - ERMƏNİ MEDİASI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ