EURO 1,9326 NEFT 60,89
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.11.2018 12:11:19

4 il həbs alan Orxan Abbasovun məsələsi Azərbaycanda da diqqət mərkəzindədir...

Aprel döyüşlərində Azərbaycana verdiyi dəstəyə görə qonşu Gürcüstanın güc strukturları tərəfindən barəsində cinayət işi qaldırılaraq məhkəmə hökmülə 4 il həbs cəzası alan Gürcüstan azərbaycanlısı Orxan Abbasov adlı gəncdən xəbər var.

İslamazeri.com-a danışan Orxanın qardaşı bəzi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, bir neçə günə onun haqqında veriən birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək. 

"Həbsxanadadı, səhhəti və ruhiyyəsi normaldır. Təbii istəyərik ki, Ermənistan əleyhinə statusa görə, qardaşımı həbsdə saxlamasınlar. Ümidvarıq apellyasiya məhkəməsi həbs qətimkan tədbirini qaldıracaq və qardaşım azadlığa çıxacaq.", -deyə Orxanın qardaşı bildirib.

"Orxan sadə bir dindardır,hec vaxt radikal olmayıb və radikal da deyil, var-dövlətdə gözü yoxdur. Orxan universitetə yüksək balla qəbul olduğuna görə təhsil ödənişindn azad edilmişdi, ödəniş dövlət tərəfindən həyata keçirilirdi. Əfsusular olsun ki, Orxan savadından, biliyindən, bacarığından, düzgün istifadə etmədi. Orxan, Aprel döyüşlərində Ermənistan əleyhinə yazdığı statusa görə günahsız olaraq 4 il həbs edilib. Amma Orxan bir gün azdlığa cıxacaq biz bundan əminik.", -deyə Orxanın qardaşı əlavə edib.

Xatırladaq ki, Orxan Abbasov aprel döyüşləri zamanı Ermənistan əleyhinə status yazmış, bundan sonrao statusu silməsinə baxmayaraq barəsində "terrorizmə çağırış" maddəsilə cinayət işi açılmışdı. Bir müddət əvvəl isə, onun haqında məhkəmə 4 il həbs qərarı vermişdi.

Qeyd edək ki,  Azərbaycanda da məsələ diqqətlə izlənir.  Gürcüstan qonşumuzda nəhəng investisiyaya sahib olan Azərbaycana milli mənsubiyyətilə bağlı bir Gürcüstan vətəndaşının sırf milli torpaqlarını işğal edən bir ölkəyə qarşı statusuna görə həbs edilməsi ölkəmizdə də hiddətlə qarşılanır.


Ermənistan əleyhinə statusa görə həbs edilən azərbaycanlının apellyasiya məhkəməsi keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən ağır şərtlərlə veriləcək
    Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.
     11.12.2018
    Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ