Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:6.05.2019 12:27:52

İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

Bunu ONA-ya Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov deyib.

O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.

Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışdan çəkilib: “Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər”.

A. Rəhimov vurğulayıb ki, ermənilər Bakı-2019-la bağlı heç bir tədbirə də qatılmayıblar: “Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq”.

Festival 10 idman növü üzrə keçiriləcək. Bunlar arasında basketbol, həndbol, voleybol kimi komanda idman növləri ilə yanaşı, gimnastika, atletika, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş kimi fərdi növlər də yer alıb. Nazirin sözlərinə görə, Ermənistan və Lüksemburq müraciətlər etsələr, bəzi istisnalar mümkündür: “Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitəsindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklərin əmələ gəlir”.

Qeyd edək ki, yarışlar 12 idman obyektində keçiriləcək yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir.


Ermənistan Bakıdakı bu yarışa qatılmayacaq - Nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib
    "Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir."
     28.11.2021
    Qırğızlar deputatlarını seçirlər
    Bu gün Qırğızıstanda parlament (Cokorqu Keneş) seçkiləri keçirilir
     28.11.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ