EURO 1,8829 TRY 0,289
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:20.07.2019 14:09:30

İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR

Sabah Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalına (EYOF) Avropanın iki ölkəsinin - Ermənistan və Lixtenşteynin niyə qatılmayacağının səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu tip yarışlarda iştirak üçün Avropa Olimpiya Komitələrinə üzv ölkələrin Milli Olimpiya Komitəsi qeydiyyatdan keçməli və bu oyunlarda iştirak niyyətlərini təsdiqləməlidir.

Lakin elan olunan qeydiyyat müddəti ərzində Ermənistan Milli Olimpiya Komitəsi tərəfindən heç bir müraciət daxil olmadığından, bu ölkənin idmançıları Bakıdakı EYOF-da təmsil olunmurlar. Göründüyü kimi, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bütün ölkələrə qapısını açsa da, ermənilər bu dəfə Bakıya gəlməkdən imtina edib.

Lixtenşteyn komandasının isə Bakıya gəlməməsinin səbəbi başqadır. Belə ki, bu cırtdan Avropa ölkəsi əvvəlcə yarışlara bir idmançı ilə qatılmaq üçün müraciət etmişdi. Lakin sonradan həmin idmançı zədələndiyi üçün Lixtenşteyn Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürməli olub.

Qeyd edək ki, bu yarışda ölkəmiz də daxil olmaqla Avropanın 48 ölkəsindən təxminən 3600 idmançı mübarizə aparacaq.

Həmin 47 ölkə bunlardır: Albaniya, Almaniya, Andorra, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İsrail, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan.


Ermənistan Bakıda keçiriləcək Olimpiya Festivalında niyə iştirak etməyəcək? - SƏBƏBLƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
     17.10.2019
     İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir
    İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ