1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2019 15:55:53

Bu yaxınlarda istefa vermiş "Meydan" TV-nin rəhbəri Emin Milli gözlənilməz müraciət edərək Azərbaycan hakimiyyətindən və müxalifətdən üzrxahlıq diləyib.

Bu yaxınlarda istefa vermiş "Meydan" TV-nin rəhbəri Emin Milli gözlənilməz müraciət edərək Azərbaycan hakimiyyətindən və müxalifətdən üzrxahlıq diləyib.

"İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm", - o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu, qurucu yox, dağıdıcı bir rol oynayır.

"Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik.

Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq, nifrətə qalib gələ bilsə bu xalqı bir neçə addım irəliyə apara biləcək", - o yazıb.

Sonra o, maraqlı bəyanat verərək hakimiyyətin Əli Kərimlinin pasportunu qaytarmalı olduğunu bildirib və "bunun çox müsbət bir addım" ola biləcəyini vurğulayıb.

"Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini yaza bilərik. Gəlin, buna cəhd edək. Birlikdə", - yaxın keçmişdə Azərbaycan hakimiyyətinin qatı tənqidçilərindən biri yazıb.

Son illər mühacirətdə yaşayan keçmiş siyasi məhbusun, gözlənilməz etirafının nə ilə əlaqədar olduğunu söyləmək çətindir. Həmkarları, müxalifət nümayəndələri və hakimiyyət hələlik Emin Millinin çağırışını şərh etməyiblər. (Turan)


Emin Millinin sensasion müraciətinin arxasında nə durur?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ