EURO 1,9349 NEFT 71,37
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.02.2018 14:09:49

Ölkədə bir neçə ildir ki, dini konteksli kitabların çap edilməsi üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi şərti qanuniləşdirilib

Ölkədə bir neçə ildir ki, dini konteksli kitabların çap edilməsi üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi şərti qanuniləşdirilib. Bir çox kitab naşirləri (istər fərdi. istər nəşriyyat olaraq) məhz bu qurumun iznindən sonra kitablarını nəşr etdirirlər.

Hətta dini konteksli kitablar ölkə xaricindən gətirilirsə, bu izni verilməmiş kitablardan olarsa, qanunlarla bu qadağan edilmişdir.

İslamazeri.com xəbər verir ki,  bir neçə gün əvvəl, Elşad Miri "İslamda Yoxdur" adlı kitabının nəşri üçün Komitədən mənfi cavab aldıqdan sonra, ilk növbədə Komitəni məhkəməyə verəcəyini bildirib. O bu haqda ölkə mediasına verdiyi müsahibədə bildirib.

Bu gün isə Elşad Miri videomüraciət yayıb. Müraciətinin başlığını isə bu cür təqdim edib:

"Azərbaycanda qadağan olunan kitabımla bağlı ŞAD XƏBƏR!

"İslamda Yoxdur!" adlı kitabımız ingilis, rus və türk dillərində müxtəlif ölkələrdə çap olunacaq!"

O kitabların başqa dillərə tərcümə edildiyini bildirərək deyib: "Amerikadan nəşr edilməsi üçün təklif gəldi. Türkiyədə iki nəşriyyatdan təklif aldım. Hətta buna görə, mənə pul təklif etdilər. Amma mən bunu qəbul etmədim."

Daha sonra Elşad Miri Komitənin ekspertləri haqda danışıb. O "Mən bunu Dini Komitənin eksperltəri kimi qonorar almadan, Allaha xatir edirəm", - deyə qeyd edib.

Xatırladaq ki, Elşad Miri Adnan Oktarın "Harun Yəhya" kitablarını Azərbaycana tanıdan şəxsdir, Türkiyədə Adnan Oktarın Dini İşlər İdarəsini hədəfə aldığı (və buna görə cəzalandığı) bir zamanda, Elşad Mirinin Dini İşlər İdarəsinin funksiyasına yaxın Azərbaycanda Dini Komitə haqqında bu cür açıqlamaları insanlarda maraq yaradıb.


Elşad Miri Dini Komitənin "yox" cavabını həzm etmir: ...çap olunacaq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018
    Sahil Babayevdən YENİ TƏYİNAT
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ