EURO 1,8722 TRY 0,2861
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:06.02.2019 14:44:37

Hərbi Prokurorluq məlumat yayıb

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.

Hərbi Prokurorluqdan İslamazeri.com-a daxil olan məlumatda bildirilir:

"Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bəzi məlumatlar yayılıb.

Bununla bağlı bildiririk ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır.

17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.

Həmçinin bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş, mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir".


Elnur Hüseynzadə dövlətə xəyanət edib - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  İran və Türkiyə Trampın
    Tramp nəhayət "Əsrin anlaşması"nı təqdim edib.
     29.01.2020
    ABŞ Ordusu: İranın hücumlarında yaralananların sayı 50 oldu, əlillər...
    İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 50-yə çatıb.
     29.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ