EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:31.01.2019 17:04:08

Elman Rüstəmov vəd verdi: “Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

İslamazeri.com xəbər verir ki, o, unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb: "Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub”.

E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşarsa belə dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: "Bütün bunlara görə, Mərkəzi Bank və Hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik höküm sürüb. 2019-cu ildə də belə olacaq”.


Elman Rüstəmov: “Neft ucuzlaşsa belə, dollar ...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlılar kimə səs verib? - Ukrayna MSK-sı açıqladı
    Ukraynanın Mərkəzi Seçki Komissiyası bu ölkənin Azərbaycandakı Səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələrini açıqlayıb.
     22.04.2019
    Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
    Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ